SOSİUM

Dözülməz istilər gəlir - XƏBƏRDARLIQ
18 İYUL
645

Dözülməz istilər gəlir - XƏBƏRDARLIQ

2016-07-18 14:27:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında                                    

hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-27, gündüz 34-39, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

hava şəraitinin  yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 37-40, bəzi yerlərdə 43, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlıq

İyulun 19-da Bakıda və Abşeron yarımadasında  anomal  isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

Xəbərdarlıq

İyulun 18-dən 22-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 33-38 dərəcə olacağı, bəzi ərazilərdə isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.

İyulun 23-dək Azərbaycanın rayonlarında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun  35-40 dərəcə, bəzi yerlərdə isə 43 dərəcə  isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272