SOSİUM

Ölkədən külli miqdarda dollar çıxartmağa cəhd olunub
18 İYUL
678

Ölkədən külli miqdarda dollar çıxartmağa cəhd olunub

2016-07-18 11:31:00

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda Azərbaycan Respublikasından İran İslam Respublikasına yüksüz gedən  İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin kabinindən, sürücü oturacağının üst istiqamətində kabinin tavanına bitişik olan, zavod konstruksiyasında əşyaların saxlancı üçün nəzərdə tutulmuş qutunun içərisindən gömrük nəzarətinə bəyan olunmayan  20 500,0 ABŞ dolları aşkar edilərək götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271