SOSİUM

Sabah 42 dərəcə isti olacaq - HAVA PROQNOZU
17 İYUL
408

Sabah 42 dərəcə isti olacaq - HAVA PROQNOZU

2016-07-17 18:12:00

İyulun 18-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, Şimal küləyi əsəcəyi, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, havanın temperaturunun gecə 22-26° isti, gündüz 32-37° isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz 35-40° isti olacağı ehtimal edilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən, yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 35-40° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28° isti, gündüz 36-40°, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 18-23° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271