SOSİUM

Fransa-Azərbaycan Universitetinə qəbul qaydaları - AÇIQLANDI
15 İYUL
334

Fransa-Azərbaycan Universitetinə qəbul qaydaları - AÇIQLANDI

2016-07-15 14:54:00

Fransa-Azərbaycan Universiteti (UFAZ) 2016/2017-ci ci tədris ili üzrə tələbə qəbulunun qaydaları açıqlanıb.

Fins.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən  verilən məlumata görə, UFAZ ixtisaslarına ali təhsil müəssisəsinə qəbul imtahanı zamanı l qrup üzrə 500 və daha çox bal toplayan hər bir abituriyent müraciət edə bilər. Sənədlərin qeydiyyatı 18 – 23 iyul tarixləri arasında onlayn rejimdə (ufaz.edu.az saytında) və ya çap olunmuş şəkildə saat 10.00-dan 17.00-dək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə təqdim edilməklə baş tutur.

Qeydiyyata alınmış abituriyentlər iyulun 27-si saat 10.00-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçiriləcək imtahanda iştirak edəcəklər. 2 saat davam edəcək imtahan hər birində 10 sual olmaqla Azərbaycan və rus dillərində riyaziyyat, kimya, fizika və ümumi biliklər bölməsindən və ingilis dilində yazılacaq 2 esseden ibarətdir. Test sualına verilmiş hər bir düzgün cavab 2 balla, hər bir esse maksimum 10 balla qiymətləndirilir. Test bölməsində 2 yanlış cavab bir düz cavabı ləğv edir.

UFAZ müsabiqəsindən keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270