SOSİUM

Ali məktəblərə qəbul yerlərinin - SAYI AÇIQLANDI
15 İYUL
262

Ali məktəblərə qəbul yerlərinin - SAYI AÇIQLANDI

2016-07-15 11:13:00

Bu il Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün 41 965 yer təqdim olunub.

Fins.az-ın "Report"-a istinadən xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlaar Şurasının sədri Məleykə Abbazsadə keçirdiyi mətbuat konfransında bildirib. 

Onun sözlərinə görəi, ötən illə müqayisədə qəbul yerləri 7,21 faiz artıb.

Eləcə də bax: Ali məktəbblərə keçid balları - AÇIQLANDI

M.Abbaszadə qeyd edib ki, dövlət sifarişli yerlərin sayında bir az fərq var və ötən illə müqayisədə 497 yer artıb: "Ötən il dövlət sifarişli yerlərin sayı 11 714 olub, bu il həmin yerlərin sayı 12 221-dir. 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (texnikum) isə bu il 6940 yer ayrılıb. Ötən il isə bu rəqəm 6 133 olub. Beləliklə, 11 illik bazadan texnikumlara ayrılan qəbul yerlərinin sayı ötən illə müqayisədə 13 faiz artıb. Ümumilikdə qəbul planına əsasən, 48 905 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ola biləcək".

DİM-in Direktorlar Şurasının sədri deyib  ki, bu il I qrupda dövlət sifarişli yerlərin sayı 5,9 faiz (300 yer), II qrupda 9 faiz (2021 yer), III qrupda 3 yer (ötən ilki səviyydədir), IV qrupda isə 4,99 faiz (62 yer) artıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272