SOSİUM

Pensiyaların gecikməsi probleminə-NAZİRLİKDƏN CAVAB
14 İYUL
388

Pensiyaların gecikməsi probleminə-NAZİRLİKDƏN CAVAB

2016-07-14 14:19:00

Son günlər iyul ayı üzrə əmək pensiyalarının verilməsində gecikmə müşahidə edilir. Fins.az-ın məlumatına görə, bunu maliyyə təminatında çətinliklər və əlaqədar orqanların işi çevik qura bilməməsi ilə əlaqələndiriblər.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, pensiya, müavinət, təqaüd və bu yönümdən olan digər sosial tipli xərclərin maliyyələşdirilməsi ilə əlaqədar cari ildə dövlət büdcəsində nəzərdə tutulan 7 aylıq ayırmalar (transfertlər) tam məbləğdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülüb.

“Azərbaycan Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin transfertlərin bölgüsünə dair razılaşdırılmış protokoluna əsasən, 7 ay üçün nəzərdə tutulmuş 741,3 milyon manat hər ayın əvvəlində, o cümlədən iyul ayı üçün nəzərdə tutulan 81,1 milyon manat vəsait tam həcmdə Fondun hesabına köçürülüb”.

Rəsmi dairələrdən əldə edilən məlumata görə isə iyul ayı üzrə pensiya ödənişlərinin gecikməsinə səbəb bayram günləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda aparılan təşkilatı və texniki dəyişikliklər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272