SOSİUM

İmtahanların pullu olması məsələsinə-TƏHSİL NAZİRİNDƏN CAVAB
14 İYUL
1082

İmtahanların pullu olması məsələsinə-TƏHSİL NAZİRİNDƏN CAVAB

2016-07-14 12:30:00

Qəbul imtahanlarının ödənişli əsaslarla aparılması məsələsi müzakirə olunmalıdır. Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib:

"Burada bir neçə məsələ var. Birincisi bundan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi müstəqil və yeni yaradılan qurum, publik hüquqi şəxsdir. Təbii ki, onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır. Eyni zamanda, həmin mərkəzin göstərdiyi xidmətlərin hər hansı bir şəkildə maliyyələşdirilməsi məsələsi qoyulur. Lakin burada başqa bir məsələ də var. Təhsil alanlar üçün xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir. Ona görə sual olunur ki, həmin xidmətlərin ödənişi kim tərəfindən həyata keçirilməlidir? Dövlət büdcəsindən, yoxsa başqa mənbələrdən?"

M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyinə bu barədə müraciət olduqdan sonra rəsmi mövqelərini bildirəcəklər.

Nazir hesab edir ki, Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmalıdır: "Lakin bunun hansı dərəcədə, buraxılış imtahanlarından sonra qəbul imtahanları verən abituriyentlər hesabına olub-olunmaması sual doğurur. Çünki bu, təhsilə çıxış və əlçatanlılıq məsələsidir. Hesab edirəm ki, burada müvafiq qurumun buna dair müraciəti olduğu təqdirdə hökumətin qərarı olacaq. Lakin indi buna müzakirəsi başa çatıb qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, bu məsələnin həllini həmkarım Məleykə Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq".

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272