SOSİUM

Fərdi uçot sistemində əcnəbilərin sayı artıb
14 İYUL
141

Fərdi uçot sistemində əcnəbilərin sayı artıb

2016-07-14 11:47:00

Azərbaycanın fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 31 068 nəfər təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən fins.az-a verilən xəbərə görə, bu ilin yanvar-iyun aylarında 3205 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb. Sistemdə qeydiyyata alınan xarici vətəndaşların sayı iyulun 1-i tarixinə 31 min 68 nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 058 nəfər (24,2 faiz) çoxdur. Fərdi şəxsi hesabı olan əcnəbilərdən 27 min 340 nəfəri (88 faiz) kişilər, qalanları qadınlardır.

Hazırda Fondun fərdi uçot sistemində 123 ölkənin vətəndaşları qeydiyyatdadır. Fərdi şəxsi hesabı olan əcnəbilər arasında say çoxluğuna görə ilk yerləri Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşları tutur. Sonrakı yerlər Hindistan, Özbəkistan, İran, Çin, Banqladeş, Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya, Pakistan, Ukrayna, Filippin, ABŞ, Almaniya, Qazaxıstan, Türkmənistan, İtaliya və s. ölkələrin vətəndaşlarına aiddir.

Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin 2006-cı il yanvarın 1-dən məcburi dövlət sosial sığorta sistemi ilə əhatə olunmasına başlanılıb. Bu amil ölkə vətəndaşları kimi, onların da gələcəkdə pensiya təminatına malik olmalarını stimullaşdırır.

Xatırladaq ki, ilin əvvəlində fərdi şəxsi hesabı olan əcnəbilərin sayı 27 min 868 nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275