SOSİUM

3 hakimə töhmət verildi - AÇIQLAMA
13 İYUL
312

3 hakimə töhmət verildi - AÇIQLAMA

2016-07-13 17:11:00

Məhkəmə-Hüquq Şurasının son iclasında hakimlər barədə intizam icraatlarına baxıb. Şuradan fins.az-a verilən xəbərə görə, fəaliyyətlərində ciddi qanun pozuntuları və süründürməçiliyə yol verdiklərinə görə 3 hakimə töhmət verilib. Bunlar Şəki Apellyasiya Məhkəməsinin hakimi İmamverdi Şükürov, Beyləqan Rayon Rayon Məhkəməsinin sədri Maşallah Şirvanova və həmin məhkəmənin hakimi Nəsrullah Əliyevdir.

Eyni zamanda qanunvericiliyin pozulması halları ilə bağlı 5 hakim barədə intizam icraatları başlanıb.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda həmçinin, hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilib. Hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçimi nəticəsində son illər 2600 namizəd sırasından 300-dən çox yüksək hazırlıqlı hüquqşünas seçilərək müvafiq hakim vəzifələrinə təyin edildiyi bildirilib.

Hakimlərin hazırki seçimi prosesi ilə bağlı namizədliyini irəli sürmüş 800 nəfər hüquqşünas test imtahanı verib. Bütün imtahan prosesi “on-layn” rejimində internet vasitəsilə birbaşa yayımlanıb.

İclasda hakimliyə namizədlərin seçimi prosesinin növbəti mərhələlərinin təşkilati məsələlərinə toxunulub, imtahanların tam şəffaf və obyektiv keçirilməsinin, ən layiqli hüquqşünasların seçilərək hakim vəzifələrinə təyin edilməsinin vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271