SOSİUM

Maaşlar manatla artıb, dollarla azalıb
13 İYUL
567

Maaşlar manatla artıb, dollarla azalıb

2016-07-13 14:39:00

2016-cı ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 faiz artıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən xəbərə görə, ilk 5 ayda orta aylıq əmək haqqı 489,5 manat olub.

Qeyd edək ki, 2015-ci ilin yanvar- may aylarında işçilərin orta aylıq əmək haqqı 454,8 manat olub.

Dollarla ifadədə maaşılar azalıb

Komitənin açıqladığı rəqəmlərdən aydın olur ki, əmək haqlarının dollarla ifadəsində xeyli azalma baş verib. Belə ki, ötən il dollarla ifadədə orta aylıq əmək haqqı 433,1 dollar, bu il isə 316 dollar olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271