SOSİUM

Hansını seçməli: IETS yoxsa TOEFL?
13 İYUL
325

Hansını seçməli: IETS yoxsa TOEFL?

2016-07-13 09:30:00

Xaricdə təhsil almaq üçün ingilis dilindən test imtahanı verilməlidir. Fins.az  Banker.az-a istinadən xəbər veir ki, b,u IELTS və ya TOEFL imtahanıdır. Gəlin onlar arasındakı fərqi və hansının sizə daha uyğun olduğunu aydınlaşdıraq.

 

Əgər siz xarici universitetə qəbul olmağa hazırlaşırsınızsa mütləq dil biliyiniz üzrə test nəticələrinizi universitetə təqdim etməli olacaqsınız. Ingilis dili üzrə ən geniş yayılmış test imtahanları IELTS və TOEFL imtahanlarıdır. Abituriyentlər hansı imtahanı seçməli sualı qarşısında qalırlar. Xüsusilə sizin üçün onlar arasındakı fərqlər haqqında aşağıdakı cədvəli hazırladıq.

 

IELTS TOEFL

 

Variant:

İngilis dilinin britaniya variantı əsasında formalaşıb; İngilis dilinin amerikan variantı üzərində qurulub;

 

Səviyyə:

2 forması var:

 

General – işləmə və miqrasiya üçün;

Academic – xaricdə təhsil almaq üçün;

Akademik test formasıdır;

 

Imtahan forması:

Kağız üzərində və 2 gün ərzində verilir;

 

Davam etmə müddəti ümumilikdə 2 saat 45 dəqiqədir;

Elektron formada verilir;

 

Hər 4 bölmə bir gün ərzində verilir;

 

 

Qiymətləndirmə:

0-9 bal arasında 0.5 qədər artmaqla qiymətləndirilir;

 

Son nəticə hər 4 bölmə üzrə imtahan nəticlərənin ədədi ortası əsasında tapılır;

Maksimal bal 120 baldır və hər 4 bölmənin nəticələrinin cəmi olaraq hesablanır;

 

Hər bir bölmənin fərqi:

Speaking – imtahan götürənlə ünsiyyət;

 

Writing – tapşırıqlardan biri qrafikin və ya cədvəlin təsviri barədə olur;

Listening – mətn üzrə verilən bütün suallarla əvvəlcədən tanış olmaq mümkündür;

Reading – müxtəlif tapşırıqlardan ibarətdir;

Speaking – mikrofona səsyazma (səsyazma xüsusi mərkəzdə qiymətləndirilir) ;

 

Writing – tapşırıqlardan biri mətnin oxunulması, səs yazısının dinlənilməsi və əldə olunmuş məlumat əsasında inşa yazılmasından ibarətdir;

Listening – əvvəlcə mətn dinlənilir, sonra isə suallar verilir;

Reading – tapşırıq verilir və cavab təqdim edilmiş bir neçə variant arasından seçilir;

 

Kimlər üçün uyğundur:

Konkret qavrama qabiliyyəti və yaxşı yaddaşı olanlara;

 

Bir mövzuya adaptasiya olmağı bacaranlara;

Canlı ünsiyyəti sevən və ingilis dilli şəxslərlə danışmaqdan çəkinməyən şəxslərə;

Yaxşı söz ehtiyatı və qrammatik bilikləri, lakin inşa yazmaqda çətinlikləri olanlara;

Abstrakt təxəyyülü inkişaf etmiş şəxslərə;

 

Müxtəlif növ tapşırıqlara üstünlük verən, eyni tipli tapşırıqlarda diqqəti yayınan şəxslərə;

Insan ünsürü ilə qarşılaşmamağa üstünlük verənlərə;

Yazı və dinləmə qabiliyyəti yaxşı formalaşmış, qrammatika və leksikada isə çətinlikləri olan şəxslərə;

 

Sertifikatın qüvvədə olma müddəti:

2 il 2 il

 

Təkrar imtahan vermə imkanı:

3 aydan sonra təkrar imtahan vermək mümkündür; 1 aydan sonra təkrar imtahan vermək mümkündür;

 

Harada etibarlıdır:

IELTS imtahanının nəticələri Böyük Britaniya, Avstraliya və Yeni Zellandiya universitetlərində qəbul olunur. TOEFL imtahanının nəticələrini ABŞ və Kanada universitetləri qəbul edir.

 

P.S. Xarici ölkələrdəki universitetlərdən hansı test imtahanının nəticələrini qəbul etdiklərini mütləq dəqiqləşdirin.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272