SOSİUM

Azərbaycanda qanunsuz işdən çıxarılanlar işinə bərpa edilib
11 İYUL
310

Azərbaycanda qanunsuz işdən çıxarılanlar işinə bərpa edilib

2016-07-11 16:10:00

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində işəgötürənlər tərəfindən 769 774 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib. 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a verilən məlumata görə, həmin vəsaitin 95%-i gecikdirilmiş əmək haqlarından, 3%-i işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin olunması ilə yanaşı, ölkəmizin əmək qanunvericiliyində əksini tapan müvafiq hüquq normaları ilə bağlı işəgötürənlərə izahat və məlumatlar verilib. 

Cari ilin birinci yarım ili ərzində ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə işdən azad edilmələri ilə bağlı xidmətə daxil olan müraciətləri də araşdırılıb. Onlardan qeyri-qanuni şəkildə işdən azad edildiyi müəyyən olunan 20 nəfər işçinin yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272