SOSİUM

Qadınlar üçün yeni biznes layihə başlanıb
11 İYUL
292

Qadınlar üçün yeni biznes layihə başlanıb

2016-07-11 11:18:00

Azərbaycanda qadınların inkişafı üçün yaradılmış «WoWoman» təşkilatı yeni HR Akademiyası layihəsinə start verib. Təşkilatdan fins.az-a verilən məlumata görə, HR Akademiyası təşkilatlara və fiziki şəxslərə qabiliyyətlərini inkişaf etdirməyə, əxlaqi və ehtiramlı iş mühiti yaratmağa və düzgün iş nizamlamasına riayət etməyə kömək edən təlim kursudur. Proqramın məqsədi qadınların vəzifələrdə yaxşı lider və təcrübəli HR menecer kimi iştiraklarını artırmaq üçün liderlik bacarıqlarını və biliklərini inkişaf etdirməkdir. 

7 moduldan ibarət kursun təlimçiləri European Tobacco, Azercell, Deloitte, Keel Akademiyası, Kapital Bank və s. kimi aparıcı şirkətlərin və bankların HR menecerləri və mütəxəssisləri olacaq.

Əgər siz də HR sahəsinin əsaslarını, "Əmək qanunvericiliyi", "Kadrların inkişafı və hazırlığının təşkili", "İşçilərin uyğunlaşdırılması, Kadrların Motivasiya Menecmenti", "HR-ın iqtisadi və maliyyə aspektləri", "Korporativ mədəniyyətinin qurulması və inkişafı", "Kadrlar ehtiyatı. Karyera Planlaması", "Vəzifədən azadetmə. Sosial-psixoloji və hüquqi aspektlər", kimi mövzuları öyrənmək istəyirsinizsə, HR Akademiyasina qoşula bilərsiniz. 

Təlimlər həftədə iki dəfə - Çərşənbə axşamı və Cümə günləri olmaqla , 2 ay davam edəcək, saat 19:00 - 21:00-dək keçiriləcəkdir. 

Başlanğıc tarixi: 14 Iyul, 2016

İŞTİRAK ETMƏK ÜÇÜN LİNKDƏKİ ANKETİ DOLDURMAQ LAZIMDIR:

https://docs.google.com/forms/d/1C8WI4qcYOqk6nY6A9f0YlOcXY6L0CyBrdsPBcaFqoTU/viewform?edit_requested=true 

Ünvan: Caspian Business Center, 2-ci mərtəbə, C. Cabbarlı küç. 40, AZ1065, Bakı.

Əlavə məlumat üçün email: wowoman.hracademy@gmail.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275