SOSİUM

Tələbələr üçün ən yaxşı - 6 BİZNES İDEYASI
08 İYUL
1865

Tələbələr üçün ən yaxşı - 6 BİZNES İDEYASI

2016-07-08 14:54:00

Tələbəlik təkcə elm deyil, həm də həyat məktəbidir. Əksəriyfyət ilk pullarını məhz tələbəlik illərində qazanır. Günün yalnız bir hissəsinin dərsə sərf olunması tələbələrin qazanc imkanını artırır. Təbii ki, onlar bütün işlərdə çalışa bilməzlər, əvəzində bəzi sahələrdə işləməklə gündəlik xərclərini qarşılamaq üçün qazanc götürmək olar. 

Iş axtarmağa və təcrübə istəyən işəgötürənlərlə müsahibələrdə vaxt itirməkdənsə, ən yaxşısı elə öz işinizi özünüz qurun. Öz kiçik biznesinizə başlayın. Bu həm də sizin üçün əla təcrübə olacaq. Fins.az tələbələr üçün 6 ən yaxşı biznes ideyasını təqdim edir. Yay tətili olduğundan tələbələrə biznesə elə indidən başlamaq olar. 

1)      Tütorluq fəaliyyəti ilə məşğul olun

Əgər tədris diliniz ingiliscədirsə, bu şansadan yaxşı istifadə edə bilərsiniz. General, İELTS, TOEFUL imtahanaları vermək istəyən şəxslərə ingilis dilini tədris edə bilərsiniz (Təbii ki, əgər özünüzün sertifikatınız varsa).  Həmçinin digər əcnəbi dillər üzrə təhsil alırsınızsa, bu dillərin tədrisi də sizin üçün əla seçimdir. Hazırda ölkədə əcnəbi dilləri öyrənməyə maraq böyük olduğundan, müştəri qıtlığı çəkməyəcəksiniz, qazzanc da öz yerində. 

Həmçinin GMAT, SAT kimi imtahanlara da şagird hazırlığına başlaya bilərsiniz. Sizinlə eyni ixtisas üzrə təhsil alan aşağı kurs tələbələrinə keçdiyiniz fənləri tədris edə bilərsiniz. 

2)      Esse və ya tezislərin redaktəsi ilə məşğul olun

Xüsusilə dilçilik üzrə təhsil alan tələbələr bu xidməti göstərə bilərlər. Mətnlərdə müxtəlif qrammatik və leksik səhvlərin təhlili, eləcə digər oxşar məsələlər üzrə xidmət göstərən şirkətlər az olduğundan, bu biznesə maraq kifayət qədər olacaq. 

3)      Məktəb və universitet idman komandalarında məşqçilik

İdman Akademiyasının tələbələri üçün bu xüsusilə maraqlı biznes olacaq. Həm formada qalmaq, həm də pul qazanmaq hamının arzusudur. 

4)      CV dizaynı və ya redaktəsi ilə məşğul olun

Yaxşı iş tapmaq üçün yol CV-ni düzgün qurmaqdan başlayır. Bəziləri bunu bacarmır. Biznesin köküundə də bu dayanır - CV-lərin hazırlanması və ya yenidən baxılması xidmətini göstərə bilərsiniz. Amma bunun üçün gərək əvvəlcədən internetdə yaxşı bir araşdırma edib, CV-ni düzgün necə hazırlamağı öyrənəsiniz. 

5)      Bazar araşdırması üzrə məsləhətçi xidməti göstərin

Satışla məşğul olan şirkətlərin hamısı bilmək istəyir ki,  adamlar onların məhsulları haqqında nə fikirləşir. Çünki, bəzi istehlak malları üzrə əsas alıcı bazası tələbələrdən ibarət olur. Siz şirkətlərin məhsullarını yoxlaya və çatışmayan cəhətlərini deyə və əlavə ideyalar verə bilərsiniz. 

6)      Universitet qəzeti buraxın 

Əgər universitetdən kənara çıxman imkanınız yoxdursa, problekm deyil, pulu elə orada qazanın. Bunun üçün universitet qəzeti – tələbələr üçün maraqlı bir nəşr buraxa bilərsiniz. Çap xərci çəkmək istəmirsinizsə, onlayn qəzet buraxın. Yəqin tələbələr üçün hansı müəllimin işdən azad olunduğu, və ya universitetdə hansı yeni proqramların işə düşəcəyi çox maraqlıdır. Bu minvanla həm yerli bizneslərdən reklam ala, həm də oxucular üçün  müxtəlif endirimlər və yarışmalar təşkil edə bilərsiniz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271