SOSİUM

İçməli suyun verilməsində məhdudiyyət olacaq
08 İYUL
346

İçməli suyun verilməsində məhdudiyyət olacaq

2016-07-08 12:27:00

Xətai rayonunda içməli suyun verilməsində bu gün məhdudiyyətlər olacaq.

Fins.az xəbər verir ki, bu barədə  “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir.

Bildirilir ki, Bakı şəhəri Xətai rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yenidən qurulmuş şəbəkələrin mövcud magistral xətlərə birləşdirilməsi ilə əlaqədar 8 iyulda gün ərzində Xətai rayonunun Telnov, Şıxlı, Mehmandarov, Tusi, Neapol, M.Rüstəmov, Sarayevo küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272