SOSİUM

DİN-dən “Lider- Cola”dakı partlayışla bağlı - AÇIQLAMA
06 İYUL
198

DİN-dən “Lider- Cola”dakı partlayışla bağlı - AÇIQLAMA

2016-07-06 16:10:00

Daxili İşlər Nazirliyi Binəqədi rayonu ərazisindəki “Golden Water” MMC-nin “Lider-Cola” istehsalat sexində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 5-də saat 3 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Bakı şəhər sakini Azər Kərimova məxsus “Golden Water” MMC-nin "Lider-Cola" istehsalat sexində quraşdırılmış, içərisində karbon qazı olan 4 tonluq dəmir çən partlayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, 1500-2000 kv.m ərazisi, hasarı dağılıb, inzibati binanın və yaxınlıqdakı 3 evin şüşələri sınıb, dam örtükləri yararsız hala düşüb.

Eləcə də bax: "Lider Cola"da baş verən partlayış iaşə obyektlərinə ciddi zərər vurub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272