SOSİUM

"ASAN xidmət" 2 gün işləməyəcək
05 İYUL 2016
223

"ASAN xidmət" 2 gün işləməyəcək

2016-07-05 11:08:00

“ASAN xidmət” mərkəzlərində 2 gün iş olmayacaq.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Fins.az-a verilən məlumata görə, 6 - 7 iyul Ramazan bayramı ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

Vətəndaşlar 8 iyul tarixindən etibarən “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki,"ASAN xidmət"mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) işləyir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7020
  • € EUR
    1.9062
  • ₽ RUB
    0.0300