SOSİUM

Tələbələrə ilk güzəştli kreditlər verilib
30 İYUN
213

Tələbələrə ilk güzəştli kreditlər verilib

2016-06-30 15:21:00

Maarifçi Tələbə Kredit Fondu tələbələrə ilk kreditlərini ayırıb. Fins.az-ın məlumatına görə, Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud bildirib ki, iyunun 3-dən iyunun 25-dək kredit götürmək üçün fonda tələbələr və valideynlərdən 300-dən artıq müraciət daxil olub: «Fondun qoyduğu şərtlər çərçivəsində 55 müraciətə baxılıb. Tələbələrdən isə fondun meyarlarına cavab verən 22 nəfərlə müqavilə imzalanıb. Təqdim olunan standart və güzəştli kredit paketlərinin 10-u standart, 12-si isə güzəştli olub».

Onun sözlərinə görə, mənfi cavab alan tələbələr iki qrupa bölünüb. Bunlar akademik göstəricisi 71-dən aşağı olanlar olub. Bu kateqoriyadan olanlar 10 nəfərdir. Valideynlərinin kredit tarixçələrində olan sənədləşmə uyğunsuzluğu olanlar kateqoriyasına isə 8 nəfər daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275