SOSİUM

İqtisad Universiteti “Məzun günü” keçirib
30 İYUN
207

İqtisad Universiteti “Məzun günü” keçirib

2016-06-30 11:58:00

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Məzun günü” təntənəli qeyd olunub.

Fins.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ADİU-ya gəlişindən bəhs edən videoçarx nümayiş olunub.

Sonra isə ADİU-ya həsr edilən videoçarx göstərilib.

ADİU-nun rektoru, professor Ədalət Muradov universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib.

Rektor Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksək ixtisaslı kadrlara böyük ehtiyac olduğunu söyləyib.

Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışan Ə.Muradov bildirib ki, ADİU-da 10 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox tələbə və magistr təhsil alır. Universitetdə 1000-dək müəllim, o cümlədən 80-dən yuxarı elmlər doktoru, professor, 600-dək fəlsəfə doktoru çalışır. ADİU-da dünyanın 12 ölkəsindən 850-dən çox tələbə və magistr təhsil alır.

Sonra ADİU-nun fəxri məzunu, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ADİU-nun qazandığı nailiyyətlərdən danışıb. Ölkənin yüksək bilik və bacarıqlı gənclərə daim ehtiyacı olduğunu vurğulayan nazir məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

ADİU-nun Ağsaqqallar Şurasının sədri, professor Əli Həsənov, valideynlər və digər çıxış edənlər məzunları təbrik edib, tövsiyələrini veriblər.

Məzunlar ADİU-da onların keyfiyyətli təhsili üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, müəllimlərini və doğma universiteti unutmayacaqlarını söyləyiblər.

Mərasimdə universitetin ən yüksək bal toplayan məzunu Sevinc Əliyevaya hədiyyə təqdim olunub.

Universitet himninin sədaları altında bütün məzunlara rəmzi diplomlar təqdim edilib.

Sonra məzunların ənənəvi “papaqatma” mərasimi keçirilib.

Tədbir bədii proqramla davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270