SOSİUM

Səlim Müslümov: «İş yerini özünüz tapmalısınız»
30 İYUN
669

Səlim Müslümov: «İş yerini özünüz tapmalısınız»

2016-06-30 10:42:00

«Əmək bazarının tələbləri dəyişib. Biliyi, bacarığı olan hər bir insan özünə iş yeri yaratmaq barədə fikirləşməlidir». Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, iş tapmaq üçün vətəndaşlar özləri cəhd etməlidirlər: «Əgər kimsə düşünürsə ki, qapılar onun üzünə açılacaq və deyəcəklər ki, gəl bizdə işlə, bu çox yanlış fikirdir. Bu gün hər bir insan, o cümlədən, gənclər öz işini qurmaq barədə düşünməlidir. Dövlət gəncləri 4 il ali məktəbdə ona görə oxutdurur ki, onlar əmək bazarına hazır olsunlar».

S.Müslümov əmək yarmarkalarının əhəmiyyətin dən də danışıb: «Təbii ki, dövlət ən böyük işəgötürən kimi yenə də layiqli gənclər üçün iş yerləri açacaq, əmək yarmarkaları davam edəcək. Amma əsas məsələ özünüməşğulluqdur və dövlət də məhz bununla bağlı imkanlarını ortaya qoymalıdır».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275