SOSİUM

İlham Əliyev Ərdoğana başsağlığı verib
29 İYUN
131

İlham Əliyev Ərdoğana başsağlığı verib

2016-06-29 11:26:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. 

Fins.az-ın məlumatına görə, məktubda Prezident İstanbulun Atatürk Hava Limanında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbərindən sarsıldığını qeyd edib. 

"Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm". 

Qeyd edək ki, iyunun 28-də axşam saatlarında törədilən terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272