SOSİUM

Turizm və Menecment Universitetinə rektor əvəzi təyin edilib
28 İYUN
395

Turizm və Menecment Universitetinə rektor əvəzi təyin edilib

2016-06-28 17:47:00

Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi təyin olunub.

Fins.az-ın APA-ya istinadən xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə universitetin rektor müavini Eldar Aslanov rektor əvəzi təyin edilib. 

E. Aslanov APA-ya xəbəri təsdiqləyərək bildirib ki, növbəti təyinata kimi rektorun səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Cəfər Cəfərov bir neçə gün əvvəl prezidentin sərəncamı ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271