SOSİUM

Mərkəzi Bank ev təsərrüfatlarını araşdıracaq
28 İYUN
500

Mərkəzi Bank ev təsərrüfatlarını araşdıracaq

2016-06-28 16:07:00

Azərbaycan Mərkəzi Bankı (AMB) ev təsərrüfatları ilə bağlı sorğu keçirəcək. AMB-dən fins.az-a verilən məlumata görə, bununla bağlı “Ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınması üçün tender keçirir.

İddiaçıların oxşar işlərdə son 3 ildə təcrübəsinin olması, o cümlədən maddi-texniki bazası, peşəkar işçi heyəti və zəruri proqram təminatının mövcudluğu əsas şərtlərdəndir.

İddiaçılar tender təklifləri və onun bank təminatını avqustun 11-dək Mərkəzi Banka təqdim etməlidirlər. Digər sənədlər isə avqustun 2-dən gec olmayaraq təqdim edilməlidir. Tender proseduru avqustun 12-də Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

İddiaçılar tenderə qatılmaq üçün 150 manat məbləğində iştirak haqqı ödəməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270