SOSİUM

İsti hava narahatlıq yaradacaq - HAVA PROQNOZU
28 İYUN
376

İsti hava narahatlıq yaradacaq - HAVA PROQNOZU

2016-06-28 12:48:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin iyunun 29-na olan məlumatına görə:

Bakıda və Abşeron yarımadasında                                    

hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacağı gözlənilir. Cənub küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

İyunun 29-30-da Abşeron yarımadasında gündüz saatlarında isti diskomfort hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271