SOSİUM

Dünyanın ən varlı ölkələri açıqlandı - AZƏRBAYCAN DA SİYAHIDA
25 İYUN
1732

Dünyanın ən varlı ölkələri açıqlandı - AZƏRBAYCAN DA SİYAHIDA

2016-06-25 21:30:00

ABŞ-ın “Global Finance Magazine” jurnalı dünyanın ən varlı ölkələrinin siyahısını (The Richest Countries in the World) açıqlayıb.

Fins.az-ın azvision.az-a istinadən verdiyi məlumata görə, 185 ölkənin yer aldığı siyahıda Azərbaycan Qazaxıstan və Rusiyadan sonra ən yaxşı üçüncü MDB ölkəsi kimi 64-cü yerdə qərarlaşıb.

Reytinq siyahısı Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun məlumatları əsasında hazırlanıb.

Siyahıda dünyanın ən varlı ölkəsi kimi Qatar (adambaşına düşən gəlir 146 min dollar) göstərilib. İkinci yerdə Lüksemburq (94 min 147 dollar), üçüncü yerdə isə Sinqapur (84 min 821 dollar) gəlir.

Dünyanın ən kasıb ölkələri isə Malavi (819 dollar), Konqo (753 dollar) və Mərkəzi Afrika Respublikasıdır (639 dollar).

MDB ölkələri arasında Qazaxıstan (25 min 367 dollar) 50-ci, Rusiya (25 min 350 dollar) isə 51-ci, Türkmənistan (15 min 837 dollar), Ukrayna (8 min 493 dollar)109-cu, Gürcüstan (8 min 222 dollar) 113-cü, Ermənistan (7 min 704 dollar) 116-cı, Özbəkistan (5 min 963 dollar) 127-ci, Qırğızıstan (3 min 581 dollar) 142-ci, Tacikistan isə (2 min 830 dollar) isə 153-cüdür.

Maraqlı məqamlardan biri isə siyahıda Azərbaycanın qonşu İran İslam Respublikasını qabaqlamasıdır. Belə ki, İran adambaşına düşən gəlir göstəricisi 16 min 918 dollarla 72-ci pillədə qərarlaşıb. Ölkəmiz reytinq siyahısında Ermənistandan 52 pillə öndə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272