SOSİUM

Qusarda 22 ev su altında qalıb, 3 ev dağılıb
25 İYUN
199

Qusarda 22 ev su altında qalıb, 3 ev dağılıb

2016-06-25 09:26:00

Qusarın Kuzun kəndinə yağan leysan yağışları nəticəsində 22 ev su altında qalıb, 3 ev tamamilə dağılıb. Qusar rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov bildirib ki, təbii fəlakət nəticəsində kəndin yolları yararsız hala düşüb, elektrik və rabitə dirəklərini və mal-qaranı sel aparıb, arıçılıq təsərrüfatına ciddi ziyan dəyib.

"Kəndin girişindəki körpünün bir hissəsini də su aparıb. Bir çox evlərin divarları uçulub. Yağıntılar 3 saata yaxın davam edib", - deyə komissiya sədri bildirib.

Ş.Fərəməzov hazırda FHK əməkdaşlarının və texnikasının hadisə yerinə cəlb olunduğunu və fəsadların aradan qaldırılması istiqamətində iş aparıldığını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271