SOSİUM

«AVRO–2016»nun qalibi Almaniya olmalıdır – SORĞU NƏTİCƏLƏRİ
23 İYUN
205

«AVRO–2016»nun qalibi Almaniya olmalıdır – SORĞU NƏTİCƏLƏRİ

2016-06-23 15:10:00

Fransada keçirilən futbol üzrə Avropa çempionatının qalibi Almaniya komandası olacaq, İspaniya yığması 2-ci, Fransa isə 3-cü olacaq. Fins.az-ın məlumatına görə, «ACT Azərbaycan» araşdırma təşkilatının Bakı şəhərində  keçirdiyi  rəy sorğusu belə deməyə imkan verir.

Əhalinin 70%-i futbola baxır 

Sorğu nəticələrindən belə qənaətə gəlmək olar ki, Bakı sakinlərinin 70%-iAvro 2016-ın başlamasından xəbərdardır. 42% isə Çempionatın başlamasını bilsə də oyunlara maraq göstərmir. Amma oyunlara biganə qala bilməyən 14% Bakı sakini azərkeşlik etdiyi komandaları da artıq təyin edib.

Kimə azarkeşlik edirsiniz? 

İlkikipillədə  Türkiyə (36%) və İspaniya (10%) qərarlaşıb. İtaliya (8%) və Almaniya (7%) demək olar ki, eyni pillədə yer alıblar. Türkiyə yığmasına 70% kişilər və 30% qadınlar azərkeşlik edirlər. İspaniyada gender maraqları bərabər bölunüb – 50% qadınlar, 50% kişilər. Italiya yığmasını dəstəkləyənlərin 82%-ni kişilər təşkil edir. 

Qadınlar Portuqaliyanı, kişilər Almaniyanı dəstəkləyir 

Portuqaliyayığmasını isə dəstəkləyənlərin 46%iqadınlardı. Almaniya yığmasını da əsasən kişilər dəstəkləyir – 63%. Qəribə olsa da kişilərin sevimlisi İtalya yığması qadınların ən az maraq çəkdiyi komandadır - 18%.

Kim çempion olacaq? 

Azərkeşlərinin sayının az olmasına baxmayaraq Almaniyanın  qalib gələcəyini ehtimal edənlər (26%) daha çoxdur. Ikincigöstərici İspaniyaya (11%), üçüncü isə Fransaya (6%) məxsusdur. 

Ən yaxşı futbolçu 

Bakı sakinləri portuqaliyalı Ronaldonun oyununu çox sevir və onun Avro 2016-ın ənyaxşı oyunçusu seçiləcəyinə əmindirlər (12%). Çempionatın bombardiri adı da Ronaldoya yaraşdırılır (9%). 

Oyunlara pul qoyan azdır

Oyunlara pul qoymaq futbolun ayrılmaz hissəsidir. Sorğuda iştirak etmiş 86% Bakı sakini son 6 ayda heç bir oyuna pul qoymadığını bildirib. 86% isə  Avropa çempionatı zamanı heç bir komandanın xeyrinə pul qoymayacağını bildirib. 

Ən sadiq azarkeşlər 45-54 yaşı olanlardır

Ümumilikdə isə sorğuda iştirak etmiş qadınların 6%i, kişilərin isə 18%i  futbol maçlarını hər zaman izlədiklərini bildiriblər. 45-54 yaş qrupuna daxil sakinlər isə futbolun sadiq izləyiciləridirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272