SOSİUM

“5 rayon qaytarılır” - PREZİDENTLƏR RAZILIĞA GƏLİB
22 İYUN
1236

“5 rayon qaytarılır” - PREZİDENTLƏR RAZILIĞA GƏLİB

2016-06-22 14:46:00

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq şəhərində keçirilən görüşü zamanı Dağlıq Qarabağ münaqişənin mərhələli həllinə üstünlük verildi.

Fins.az-ın Trend-ə istinadən məlumatına görə, bunu telekanallara müsahibəsində Azərbaycan Prezidenti Adminstrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır:

“Münaqişənin mərhələli həlli məlumdur. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsidir. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi gəlir. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər ki, irəliləsinlər. Hələlik bunlarla bağlı razılığa gəlinib, amma sonra Ermənistan tərəfindən düşünülmüş təxribat xarakterli addımlar atılır və deyilir ki, bunu edə bilmirəm, verdiyim sözü yerinə yetirə bilmirəm”.

PA rəsmisi qeyd edib ki, Azərbaycanın Rusiya ilə münasibətlərinin çox yüksək səviyyədə olduğunu, strateji tərəfdaşlığı, qonşuluq münasibətlərini, ümumi tariximizi, mədəni, iqtisadi, siyasi, təhlükəsizlik və s. sahələrdə əməkdaşlığı, eləcə də həmsədr ölkələrdən birinin Rusiya olduğunu nəzərə alsaq, RF münaqişənin ədalətli, beynəlxalq hüquq çərçivəsində nizamlanmasında həm imkan, həm də mövqe nöqteyi-nəzərindən daha güclü, daha həlledici rol oynaya bilər: "Məsələn, həmsədr olmalarına baxmayaraq, Fransa da, ABŞ da bu proseslərdən nisbətən uzaqdırlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270