SOSİUM

MBA dərəcəsi vacib deyilmiş? – ARTIQ DİPLOM
22 İYUN
476

MBA dərəcəsi vacib deyilmiş? – ARTIQ DİPLOM

2016-06-22 12:48:00

Rezümenizdə yazacağınız “qiymətli 3 hərf – MBA” artıq sizə nüfuzlu şirkətlərdə işə düzələcəyinizə zəmanət vermir. 

MBA proqramı üzrə təhsil alanlar elə düşünürlər ki, bu, onlara yaxşı işə düzəlmək üçün əlavə üstünlük verir. Lakin son zamanlar tənqidçilərin əksəriyyəti hesab edir ki, MBA ixtisası təklif edən ali məktəblərin sayının artması işəgötürən üçün bu ixtisasın dəyərini aşağı salır. 

MBA-nın gözdən düşməsinə müxtəlif tədris formaları da neqativ təsir edir – onlayn proqram keçmək, yaxud təhsili qısaldılmış kursla əvəz etmək rahat olsa da – işəgötürən üçün diplomun dəyərini azaldır. 

Təəccüblü deyil ki, bu yaxınlarda aparılmış təcrübəyə əsasən, Hindistanın biznes-məktəblərini bitirən 5,5 min məzunun yalnız 7%-i işə düzəlmək üçün tələb olunan bacarıqlara malik olub. 

«Jack Hammer» işədüzəltmə şirkətinin nümayəndəsi Debbi Qudmanın sözlərinə görə, indi işəgötürənlər MBA təhsilini yalnız o zaman üstünlük kimi qəbul edir ki, namizəd bu təhsili dünyaca məşhur biznes-məktəblərdə alsın. 

MBA-nı çox vaxt yüksək maaşlı işə aparan yol kimi təqdim edirlər. Həqiqətən belə diplom maaşı 79%-a qədər qaldıra bilər. Lakin bunun üçün ilk növbədə iş tapmaq lazımdır, rezümedə göstərilən MBA təhsil isə buna zəmanət vermir. 

Bazar hər kəsi işə götürə bilmir. ABŞ-da biznes-məktəblərin məzunlarının 1970-ci ildən bəri sayı 7 dəfə artıb. Görünür, yaxın zamanda işə düzəlmək istəyənlər rezümelərində MBA təhsilinin olması barədə deyil, olmaması barədə qeyd etməli olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272