SOSİUM

Fransız-Azərbaycan Universitetində təhsil haqqı bəlli oldu – QİYMƏT
21 İYUN
1240

Fransız-Azərbaycan Universitetində təhsil haqqı bəlli oldu – QİYMƏT

2016-06-21 15:42:00

Fransız-Azərbaycan Universitetində (UFAZ) 4 ixtisas üzrə tədris bu ilin sentyabr ayında başlayacaq. Universitetdən fins.az-a verilən məlumata görə hər bir ixtisas qrupu üzrə illik təhsil haqqı 2000 AZN təşkil  edəcək. Təhsil haqqı hər tədris ilinin əvvəlində ödənilməlidir.

Eləcə də bax: Fransa-Azərbaycan Universiteti tələbə qəbuluna başlayır

UFAZ-dan bildirilib ki, universitetə qəbul orlunmaq üçün dövlət qəbul imtahanında (TQDK), birinci qrup üzrə 500-dən yuxarı bal toplamaq lazımdır. Belə abituriyentlər universitetin özündə təşkil edilən növbəti imstahana buraxılacaqlar – bu imtahanda ingiliscə essee yazmaq tələb olunacaq. İmtahanı uğurla verənlər UFAZ-ın tələbəsi olacaqlar. 

2016-2017-ci illərdə UFAZ-da tədris aşağıdakı 4 ixtisas üzrə keçiriləcək. Dərslər Azərbaycan Dövlət  Neft və Sənaye Universitetinin ikinci korpusunda təşkil olunacaq. Proqramı bitirən məzunlar Fransada və Azərbaycanda tanınacaq ikili diplom (Fransız və Azərbaycan diplomları) qazanacaqlar. 

•             Kimya mühəndisliyi üzrə bakalavr (Unistra / ASOIU)

•             Kompüter Elmləri bakalavr (Unistra / ASOIU)

•             Geofizika üzrə bakalavr (Unistra / ASOIU)

•             Neft Kəşfiyyatının və İstismarının Cihazqayırması üzrə bakalavr (Ren1 / ASOIU) 

Bu il UFAZ-a 160 tələbə qəbul olunacaq. Bunların 120-sinin təhsil  haqqı dövlət tərəfindən ödəniləcək, 40 tələbə isə ödənişli əsasla qəbul olunacaq.

Dərslərin 50%-i fransız müəllimlər, 50% isə azərbaycanlı müəllimləri tədris olunacaq. Dərslər ingilis dilində keçirilir (fransız dili tədricən təhsil proqramına daxil ediləcək). 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272