SOSİUM

Sabah 34 dərəcə isti olacaq - HAVA PROQNOZU
21 İYUN
172

Sabah 34 dərəcə isti olacaq - HAVA PROQNOZU

2016-06-21 12:40:00

İyunun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fins.az-a verilən xəbərə görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var.  Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı,  dolu düşəcəyi, günün ikinci yarıısında əsasən yağmursuz olacağı  gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq. 

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohhəsas insanlar üçün əsasən əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275