SOSİUM

Fransa-Azərbaycan Universiteti tələbə qəbuluna başlayır
21 İYUN
384

Fransa-Azərbaycan Universiteti tələbə qəbuluna başlayır

2016-06-21 12:05:00

Fransa-Azərbaycan Universiteti tələbə qəbulu elan edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində 4 ixtisas üzrə (Kimya mühəndisliyi ixtisası, Kompüter elmləri, Geofizika mühəndisliyi və Neft kəşfiyyatının və istismarının cihazqayırması) tədris başlanacaq.

Eləcə də bax: Bakıda Azərbaycan–Fransız Universiteti açılır - SƏRƏNCAM

UFAZ-ın məzunları sonda müvafiq olaraq ikili diplomlarla təmin olunacaqlar (ADNSU / Strasburq Universiteti və ADNSU / Ren 1 Universiteti). 

Bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris müddəti) olmaqla, ingilis dilində aparılacaq. Tədrisin ADNSU-da aparılması nəzərdə tutulur. Semestr ərzində yaxşı nəticə göstərən tələbələr üçün Fransada yay məktəbləri təşkil oluncaq. Bu il UFAZ-a daxil olan tələbələrdən 120 nəfəri (ən yüksək nəticə göstərənlər) təhsil aldıqları müddətdə təhsil haqqından azad olacaqlar. 40 tədris yeri isə ödənişli əsaslarla təklif olunacaq.

Eləcə də bax: Azərbaycanda yeni yaradılan universitetə 5 ixtisas üzrə ilk qəbul aparılacaq

UFAZ-a qəbul qaydalarına gəlincə, universitetin ixtisaslarına ali təhsil müəssisəsinə qəbul imtahanı zamanı l qrup üzrə 500 və daha çox bal toplayan hər bir abituriyent müraciət edə bilər. Abituriyentlər iyulun 25-də UFAZ komissiyası tərəfindən təşkil olunmuş növbəti imtahanda iştirak edəcəklər. İmtahandan uğurla keçənlər ixtisas seçimi zamanı UFAZ ixtisaslarından birini seçməklə UFAZ tələbəsi statusunu qazanacaq.

Qəbul imtahanlarında iştirak etmək istəyənlər universitetin qəbul komissiyasına müvafiq sənədləri təqdim etməlidir. Sənəd qəbulunun müddəti 18-21 iyul saat 10.00-18.00-dək davam edəcək. UFAZ müsabiqəsindən keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.

Mənbə:APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272