SOSİUM

Məktəbli formaları bahalaşdı - QİYMƏTLƏR
20 İYUN
1083

Məktəbli formaları bahalaşdı - QİYMƏTLƏR

2016-06-20 12:08:00
"Bakı Tikiş Evi”nin (BTE) tikdiyi məktəbli formasının qiyməti 8,5 faiz bahalaşıb.
 
Bu məlumatı BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov verib.
 
E. Əzimov bildirib ki, əvvəl aşağı siniflər üçün məktəbli forması dəstinin qiyməti 26 ölçüdən 44 ölçüyədək 34 manat idi:
 
"İndi aşağı siniflərə məktəbli forması üçün yeni qiymət müəyyənləşib. 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 34 manatdan 37  manatadək bahalaşıb. Yuxarı sinif şagirdləri üçün isə əvvəl 32-54 ölçüyədək qiymət 43 manat idi. İndi 32-54 ölçüyədək qiymət 46 manatadək artıb. Qeyd edim ki, bu qiymətə məktəbli forması dəstinə pencək şalvar və ya pencək ətək daxildir. Köynəklərin qiyməti isə ölçüdən asılı olamayaraq 7 manat, jiletlər 6 manata satılacaq".  
 
E. Əzimov məktəbli formalarının ilboyu satışda olduğunu söylədi. Onun sözlərinə görə, məktəbli formasının BTE-nin paytaxtda, eləcə də, Abşeron rayonunda, Xırdalanda, Saray və Mehdiabad qəsəbəsində, Sumqayıtdakı mağazalarda yeni qiymətlərlə satışına başlanıldığını söyləyib. E. Əzimov bildirdi ki,  məktəbli formasının satışında qiymət artımına yol verilərsə, alıcılar BTE-nin 597-45-39 saylı qaynar xətə zəng edib məlumat verə bilərlər.
 
Mənbə: Movqe.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272