SOSİUM

Bu gün prezidentlər Qarabağ mövzusunu müzakirə edəcəklər
20 İYUN
146

Bu gün prezidentlər Qarabağ mövzusunu müzakirə edəcəklər

2016-06-20 10:36:00

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın üçtərəfli görüşü keçiriləcək.

Fins.az-ın APA-ya istinadən məlumatına görə, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək.

V. Putin əvvəlcə İ. Əliyev və S. Sarkisyanla ayrılıqda görüşəcək. Danışıqlar daha sonra üçtərəfli formatda davam etdiriləcək. 

Görüşdə prezidentlər İ. Əliyev və S. Sarkisyanın mayın 16-da Vyanada keçirilmiş görüşündə əldə olunan razılaşmaların, o cümlədən təmas xəttində baş verən insidentlərlə bağlı ATƏT-in araşdırma mexanizminin işə salınması və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların bərpası müzakirə olunacaq.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twetter" hesabında bu gün Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla qarşılıqlı inam yaratmaq, etimadyaradıcı tədbirləri sürətləndirmək və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çərçivə sazişi üzərində iş üçün şərait yaratmaq məqsədi ilə görüşəcəklərini yazıb.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272