SOSİUM

İstilər davam edəcək - HAVA PROQNOZU
16 İYUN
328

İstilər davam edəcək - HAVA PROQNOZU

2016-06-16 12:46:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında                                    

buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında

hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272