SOSİUM

"Azərbaycanda fəhlə çatışmır” - SƏLİM MÜSLÜMOV
16 İYUN
240

"Azərbaycanda fəhlə çatışmır” - SƏLİM MÜSLÜMOV

2016-06-16 11:43:00

“Azərbaycanda əksər fəhlə ixtisasları üzrə çatışmazlıq mövcuddur”.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Mülümov deyib.

O bildirib ki, sovet dövründən sonra fəhlə peşələri öz populyarlığını itirib: “Son vaxtlar ölkədə kənd təsərrüfatının sürətlə inkişafını müşahidə edirik. Amma kənd təsərrüfatı işləri görmək üçün bizim kifayət qədər fəhlə potensialımız yoxdur və ya çatışmır. Rayonlarda, qıraq kəndlərdə bir traktorçu tapanda hamı sevinir. Hazırda Azərbaycanda tütünçülük, pambıqçılıq, baramaçılıq kimi sahələrin inkişafına təkan verilib. Bütün bu sahələrə yüksək ixtisaslı fəhlə kadrlarının yetişdirilməsi tələb olunur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272