SOSİUM

Azərbaycanda orta maaş açıqlanıb
14 İYUN
904

Azərbaycanda orta maaş açıqlanıb

2016-06-14 13:45:00

2016-cı ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 487,5 manat olub. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, əmək haqqının orta göstəricisi əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artıb.

Komitə bildirir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272