SOSİUM

Azərbaycanda işi olanların sayı açıqlanıb
14 İYUN
310

Azərbaycanda işi olanların sayı açıqlanıb

2016-06-14 13:36:00

Dövlət Statistika Komitəsi (DSK) iqtisadiyyatda işləyən vətəndaşların sayını açıqlayıb. Komitədən fins.az-a verilən verilən xəbərə görə, 2016-cı il mayın 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 501,6 min nəfər olub. Onlardan 891 min nəfəri və ya 59%-i dövlət sektorunda, 610,6 min nəfəri və ya 41% isə özəl sektorda fəaliyyət göstərib.

Muzdla işləyənlərin

22,6 faizi təhsil,
18,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri,
12,1 faizi sənaye,
8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi,
7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,
6,4 faizi tikinti,
4,7 faizi nəqliyyat və anbar təsərrüfatı,
3,6 faizi peşə, elmi və texniki fəaliyyət,
3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,
1,8 faizi maliyyə və sığorta fəaliyyəti,
10,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275