SOSİUM

"Azərsu": Kürdə bulanıqlıq dəfələrlə artıb, bir neçə yaşayış məntəqəsinin su təchizatı məhdudlaşdırılıb
14 İYUN
84

"Azərsu": Kürdə bulanıqlıq dəfələrlə artıb, bir neçə yaşayış məntəqəsinin su təchizatı məhdudlaşdırılıb

2016-06-14 12:59:00

Son günlər intensiv yağıntılarla əlaqədar Kür çayında suyun bulanıqlığı dəfələrlə artıb. 

"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar Kür Sutəmizləyici Qurğularında suyun emalı mümkün olmadığından Kür-Bakı, Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri ilə suyun nəqli dayandırılıb.

14 iyunda gün ərzində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Biləsuvar şəhərlərinə, həmçinin Bakı şəhərinin Qaradağ rayonunun, Badamdar, Binəqədi, Biləcəri, Xocasən qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bundan başqa, Nizami və Xətai  rayonlarının bəzi ərazilərində isə su təchizatı qrafikli rejimə keçiriləcək.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270