SOSİUM

Təhsil kreditləri təhsili bitirib işə başladıqdan sonra ödənilə bilər
13 İYUN
126

Təhsil kreditləri təhsili bitirib işə başladıqdan sonra ödənilə bilər

2016-06-13 09:16:00

Milli Məclisdə “Elm haqqında” qanun layihəsi II oxunuşa çıxarılıb. Modern.az-ın məlumatına görə, layihə haqqında məlumat verən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, “Təhsil haqqında” qanun qəbul edildikdən sonra “Elm haqqında” qanunun hazırlanmasına start verilib. 

“Bu müddət ərzində təcrübələr öyrənilib. Nəhayət 2013-2014-cü illərdə cəmiyyətin müxtəlif qurumlarında müzakirə aparılıb, sənəd 2015-ci ilə Milli Məclisin iclasında I oxunuşa çıxarılıb. Lakin “Elm haqqında” qanun layihəsinin hazırlanması və müzakirələrdən keçən dövr ərzində elmdə baş verən dəyişikliklər layihənin yenidən baxılması və dəyişdirilməsi zərurətini ortaya çıxarıb. Qanun layihəsi daha da təkmillləşdirilib. Ölkəmizdə elm yönümlü sənədlər, qəbul edilmiş qərarlar da layihəyə yenidən baxılması zərurətini aktuallaşdırıb. Bütün bunlara görə qanun layihəsi komitə daxilində mütəxxəsislər tərəfindən oxunub, müzakirə olunduqdan sonra parlamentin plenar iclasına təqdim edilib.
“Elm haqqında” qanun layihəsində elm siyasəti önə çəkilərək, ideoloji bazanın daha da möhkəmləndirilməsinə fikir verilib”.

Deputat qeyd edib ki, qanun layihəsinin strukturunda təkmilləşmə zamanı bəzi dəyişiklərin aparılması zəruri olub, bəzi maddələr tamamilə çıxarılıb, bəziləri birləşdirilib. Komitə sədri qeyd edib ki, I oxunuşda 8 fəsil 45 maddə qəbul edilən qanun layihəsi 7 fəsil 41 maddə ilə ikinci oxunuşa çıxarılıb.

““Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti haqqında” ayrıca maddə əlavə edilib. Bu, son illərdə aparılan islahatların elmdəki əks-sədasından doğan reallıqları əhatə edən maddədir. “Elm haqqında” qanun layihəsi çərçivə sənədidir, gələcəkdə elmdə innovasiya və sahibkarlıq haqqında qanun hazırlana bilər. Fəlsəfə və elmlər doktorlarının elmi adı var, eyni zamanda professor və akademiklər alim kimi qeyd edilir. Amma akademiyanın həqiqi və müxbir üzvlərinin adlandırılması yox idi. Akademiyanın həqiqi və müxbiri üzvlərinin elmi rütbə adlandırılması məqsədəuyğun hesab edilib və ayrıca maddədə də qeyd edilib”.

İ.Həbibbəyli vurğulayıb ki, qanun layihəsində təhsil kreditləri məsələsinə də toxunulub.

“Burada (Milli Məclisdə) təhsil kreditləri barədə söhbət gedir. Təhsil qurumlarında təhsil kreditlərinin verilməsi, təhsil alanın əmək fəaliyyətinə başlayarkən həmin kreditləri ödəməsinin başlaması mexanizminin tapılması vacib olduğundan qanun layihəsində qeyd etmişik. Bu, bakalavr pilləsi ilə yanaşı, gələcəkdə magistratura və doktorantura üzrə də vacib ola bilər”.

Komitə sədri qeyd edib ki, magistrlərə hərbi xidmətdən  möhlətin verilməsi “Elm haqqında” qanunun deyil, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun subyektidir. Hərbi vəziyyət normalaşarkən bu əlavə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilə bilər.

Mənbə: Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275