SOSİUM

Soyuqlar davam edəcək - HAVA PROQNOZU
09 İYUN
275

Soyuqlar davam edəcək - HAVA PROQNOZU

2016-06-09 12:17:00

İyunun 10-da Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağacağı, şimşək çaxacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fins.az-a verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi arabir güclənəcək.

Eləcə də bax: Soyuq hava gələn həftəyədək davam edəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-25, Bakıda gecə 16-18, gündüz  23-25 dərəcə isti olacaq. 

Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11,  gündüz 12-17 dərəcə isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272