SOSİUM

Sürüşmə davam edir - 12 AİLƏ KÖÇÜRÜLDÜ
09 İYUN
245

Sürüşmə davam edir - 12 AİLƏ KÖÇÜRÜLDÜ

2016-06-09 09:38:00

İsmayıllı rayonunun Sərsurə kəndi ərazisində torpaq sürüşməsi davam edir.

Fins.az-ın "Report"-a istinadən xəbərinə görə, sürüşmə nəticəsində kənd sakinlərinə məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib. Evlərin divarlarında çatlar əmələ gəldiyindən, bir neçə ev yaşayış üçün təhlükəli hesab olunub. 

Eləcə də bax: Şahdağ da sürüşdü - NAZİRLİK

Kənd sakinlərinin sözlərinə görə, kəndin üst hissəsində təqribən 50 hektardan çox dağlıq və meşəlik ərazidə olan torpaq qatında dərin çatlar yaranıb. Sakinlər hesab edir ki, yağışlar davam edərsə, hər an qəzalı vəziyyətə düşən evlərin sayı arta bilər. Uzun illərdir  kənddə yaşayan sakinlər, ərazilərdə torpaq sürüşməsinin bu həddə çatmasının ilk dəfə olduğunu deyirlər.

Eləcə də bax: İsmayıllıda torpaq sürüşməsi nəticəsində 7 ailə köçürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəsisləri evlərə baxış keçirdikdən sonra bir neçə evin qəzalı və yaşamaq üçü təhlükəli olmasını əsas gətirərək 12 evin boşaldılmasına qərar veriblər. Ötən gündən etibarən qəzalı vəziyyətə düşən evlərin sakinləri üçün kəndə çadırlar gətirilərək təhlükəsiz yerlərdə qurulub.

Eləcə də bax: Qubada torpaq sürüşməsi, istirahət zonasını - SU BASIB

İsmayıllı rayon Fövqaladə Hallar Komissiyasının (FHK) sədri Rövşən Ağayev "Report"a bildirib ki, 2007-ci ildən bu günə qədər İsmayıllı rayon ərazisində torpaq sürüşməsi nəticəsində 30 yaşayış məntəqəsində 192 yaşayış evi qəzalı vəziyyətə düşüb. Hazırda sözü gedən qəzalı evlərdən 6 ev tikilib və 2 evin tikilməsi bərədə qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272