SOSİUM

İsmayıllıda torpaq sürüşməsi nəticəsində 7 ailə köçürülüb
07 İYUN
220

İsmayıllıda torpaq sürüşməsi nəticəsində 7 ailə köçürülüb

2016-06-07 19:48:00

İsmayıllı rayonunun Sərsurə kəndində torpaq sürüşməsi 7 yaşayış evinə ziyan vurub.

Rayon fövqəladə hallar komissiyasından verilən məlumatda bildirilir ki, ötən ay, mayın 25-də Basqal-Sulut avtomobil yolunun 9-cu kilometrində, Sulut kəndi ərazisində gecə saatlarından başlayan torpaq sürüşməsi əraziyə yağan leysan yağışları nəticəsində yenidən aktivləşib. Nəticədə torpaq kütləsi Sərsurə kəndinə doğru hərəkətə başlayıb. Sərsurə kəndində 44 yaşayış evi vardır ki, bunlardan da 7-si bilavasitə torpaq axınının qarşısındadır.

Eləcə də bax: Qubada torpaq sürüşməsi, istirahət zonasını - SU BASIB

İyunun 3-də torpaq kütləsinin hərəkət istiqamətində olan həyətlərdə qabarmalar, yaşayış evlərində çatlar əmələ gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ərazidə monitorinq aparılaraq, 7 ailənin köçürülməsi tövsiyə olunub. Sakinlər kəndin təhlükəsiz ərazilərində qohumlarının evlərinə köçürülüblər.

İyunun 7-də sürüşmə prosesi bir qədər də aktivləşib. Sərsurə kənd sakinlərindən bir neçəsinin evinə zərər dəyib.

Mənbə: Azərtac

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272