SOSİUM

Formula-1-in ən ucuz biletləri neçəyədir? - QİYMƏTLƏR
07 İYUN
649

Formula-1-in ən ucuz biletləri neçəyədir? - QİYMƏTLƏR

2016-06-07 19:45:00

“Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov deyib ki, iyunun 17-dən 19-dək Azərbaycanda ilk dəfə keçiriləcək Avropa Qran-pri “Formula-1” yarışlarına hazırlıq başa çatmaq üzrədir.

Fins.az www.championat.com saytına istinadla bildirir ki, Arif Rəhimovun sözlərinə görə, biletlərin çoxu artıq satılıb. Satışın həcmi günbəgün artmaqdadır. Ehtimal ki, yaxın bir həftə ərzində tribunalara biletlərin satışı başa çatacaq. Ümumi zonalara biletlər qala bilər. Tribunalara biletlərin minimal qiyməti 200 dollar, ümumi zonaya biletlərin minimal qiyməti isə 90 dollardır.

Arif Rəhimov deyib: “Biz əsas binaların tikintisinə fevralın axırlarında başlamışıq. Demək olar ki, görüləsi iş qalmayıb. Hasarlara gəldikdə yol ayrıclarını, həyətlərin giriş-çıxış yollarını bilərəkdən açıq saxlamışıq. Bu hissələrdə hərəkəti lap son anda dayandıracağıq. Əslində bu işə həftənin sonuna qədər nöqtə qoyulacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275