SOSİUM

Qubada torpaq sürüşməsi, istirahət zonasını - SU BASIB
07 İYUN
418

Qubada torpaq sürüşməsi, istirahət zonasını - SU BASIB

2016-06-07 19:29:00

Quba rayonunun dağ-meşə massivində torpaq sürüşməsi baş verib.

Fins.az xəbər verir ki, “Report”un Şimal bürosunun müxbirinin hadisə yerindən verdiyi məlumata görə, təbii fəlakət bu gün Quba rayonunun Qrızdəhnə kəndi ərazisindən keçən Qudyalçay çayının sağ tərəfindəki yamacda qeydə alınıb.

Eləcə də bax: İsmayıllıda torpaq sürüşməsi nəticəsində 7 ailə köçürülüb

Belə ki, dağın yamac hissəsi uçaraq Qudyalçaya tökülüb, nəticədə böyük torpaq kütləsi çayın qarşısını kəsib.

Ərazidə torpaq sürüşməsi hələ də davam edir, böyük göl əmələ gəlib. Bəzi turizm yerləri, xüsusilə Elxan Muradova məxsus istirahət zonası su altında qalıb. Torpaq sürüşməsi Qudyalçayın qarşısını tamamilə kəsmək üzrədir.

Eləcə də bax: Bakıdakı sürüşmə zonalarının - SİYAHISI - EV TİKMƏK TƏHLÜKƏLİDİR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272