SOSİUM

XİN İstanbuldakı partlayışla bağlı araşdırma aparacaq
07 İYUN
222

XİN İstanbuldakı partlayışla bağlı araşdırma aparacaq

2016-06-07 12:25:00

Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması barədə KİV-də verilən məlumat Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluq tərəfindən Türkiyənin müvafiq orqanları vasitəsi ilə araşdırılır. 

Eləcə də bax: İstanbulda partlayış baş verib - FOTOLAR

Fins.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazilriyinin mətbuat katibi Hikmət Hacıyev bildirib. 

Eləcə də bax: İstanbuldakı partlayışda Azərbaycan vətəndaşı yaralanıb

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun  Veznecilər məhəlləsində ard-arda 2 partlayış baş verib. Hadisə nəticəsində 11 nəfərə ölüb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3 nəfərin vəziyyəti ağırdır.  NTV kanalının məlumatına əsasən yaralananlardan biri Azərbaycan vətəndaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274