SOSİUM

İstanbulda partlayış baş verib - FOTOLAR
07 İYUN
250

İstanbulda partlayış baş verib - FOTOLAR

2016-06-07 11:49:00

Türkiyənin İstanbul şəhərində Beyazıt rayonunun Vezneciler metro stansiyası yaxınlığında polis maşınına bomba qoyulması nəticəsində partlayış baş verib.

Fins.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 8:30-da İstanbul Universitetinin yaxınlığından keçən polis maşınının partlaması nəticəsində meydana gəlib. Partlayışdan sonra odlu silahdan açılan atəş səsləri eşidilib.

5 polis əməkdaşının yaralanması barədə məlumat daxil olub. Birinin vəziyyətinin çox ağır olduğu bildirilir.

Çoxlu sayda təcili yardım maşını hadisə yerinə göndərilib.

*** 10:10

Türkiyənin İstanbul şəhərində avtobus dayanacağının yaxınlığında partlayış baş verib, xəsarət alanlar var.

Bu barədə Fins.az "Report"-a "istinadən xəbər verir. 

Məlumata görə, partlayış İstanbulun Vezneciler rayonunda baş verib. Hadisə yerinə polis və təcili tibbi yardım maşınları gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271