SOSİUM

Tələbələrin bir hissəsi hələ də təhsil haqqını ödəməyib
06 İYUN
294

Tələbələrin bir hissəsi hələ də təhsil haqqını ödəməyib

2016-06-06 14:28:00

“Hazırda ali məktəblərdə tədris ilini başa vurduğu halda, təhsil haqqını ödəyə bilməyən xeyli tələbə var”. 

Fins.az-ın APA-ya istinadən məlumatına görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov Maarifçi Tələbə Kredit Fondunun (MTKF) fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunan media – brifinqdə deyib ki, I kursdan sonra tələbələr illik ödənişi birdən yox, hissə-hissə verirlər. Onun sözlərinə görə, təhsil naziri də universitetlərə tövsiyə edib ki, tələbələr ödənişi semestr üzrə etsinlər. 

S. Gözəlov qeyd edib ki, buna baxmayaraq, bəzən tələbələr təhsil haqqını semestrin axırına kimi ödəyə bilmirlər: “Universitetlər onları bir neçə imtahana şərti olaraq buraxır ki, imtahanları versinlər. Lakin təhsil haqqı tədris ilində ondan tələb olunacaq”. 

Sektor müdiri əlavə edib ki, bu il üçün kreditlər yalnız bakalavrlara aid edilir, gələcəkdə sistem magistr və doktorantura pilləsində təhsil alanlara də tətbiq olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272