SOSİUM

Şəkidə güclü külək və yağış fəsadlar törədib - ZİYAN HESABLANIR
05 İYUN
241

Şəkidə güclü külək və yağış fəsadlar törədib - ZİYAN HESABLANIR

2016-06-05 12:03:00

Güclü külək və leysan yağış Şəkinin iki kəndinə ciddi ziyan vurub.

Fins.az APA-ya istinadən xəbər verir ki, Şəki Rayon İcra Hakimiyyəti Aparatından verilən məlumata görə, bu gün saat 16:00 radələrində Şəki rayonunun Cumakənd və Şorsu kəndlərinin inzibati ərazilərində güclü külək və leysan nəticəsində bir çox yerlərdə elektrik dirəkləri aşıb, 20-ə qədər evin dam örtüyü qismən uçub.

Güclü külək nəticəsində əhaliyə məxsus mal tövlələrinin dam örtüyünə ziyan dəyib. Yevlax-Zaqatala-Gürcüstan yolunun bu kəndlərin ərazilərindən keçən hissəsinin kənarında bir neçə ağac aşıb. Leysan yağış nəticəsində bir neçə evin həyətini və zirzəmilərini su basıb. Su Yevlax-Zaqatala-Gürcüstan yolunun Cumakənd və Şorsu kəndlərindən keçən hissəsinə də çatıb.

Şəki Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yaradılmış işçi qrup və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları əraziyə ezam olunub, dəymiş ziyan hesablanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272