SOSİUM

3 mindən çox müəllim yeri boşdur
03 İYUN
513

3 mindən çox müəllim yeri boşdur

2016-06-03 15:06:00

2016-2017-ci tədris ili üçün Azərbaycanda müəllimlərin yerdəyişməsi üzrə müsabiqəyə 3091 vakant yer təqdim olunub.

Təhsil Nazirliyindən bildirilib ki, onlardan 563 vakansiya Bakı şəhərini, digərləri isə bölgələri əhatə edir. 

İbtidai sinif, kimya, biologiya və fizika fənləri üzrə vakansiyalar üstünlük təşkil edir. 

Qeyd edək ki, iyunun 1-dən Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb. Elektron ərizələrin qəbulu 12 iyun tarixinədək aparılacaq. 

Ötən illərdən fərqli olaraq, müsabiqənin keçirilməsi qaydalarında bir sıra dəyişikliklər edilib. Belə ki, bu il müsabiqə çərçivəsində vakant yerlərin seçimi test imtahanlarından sonra aparılacaq. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271